- Köhnə - Şou-biznes
- 11 Aprel 2014 11:34
- 4 404
Mətanət oxucuları səviyyəsiz adlandırdı
Axşam.az-ın məlumatına görə, aparıcı "Gündəlik" verilişində bu barədə yazılanlara münasibət bildirib:
"Dünən hər yerdə yazdılar ki, Mətanət Röyanı yıxdı. Mətanət qoçu deyil, xanımdı. Mən burda rinqə çıxmamışam. Saytlardan biri xəbərə "ATV-də biabırçılıq" başlığı qoymuşdu. Biz burda biabırçı heç nə etmirik. Sizin oxucularınız da özünüz kimi səviyyəsizdir. Bizim sayəmizdə reytinq qazanmağa çalışmayın. Cəmiyyətdə o qədər biabırçı hallar baş verir ki... Hünəriniz var, onlardan yazın".
Xatırladaq ki, ötən gün canlı yayımda aparıcı Mətanət Əliverdiyevanın qəfil hərəkətindən sonra müğənni Röya müvazinətini itirərək yerə yıxılıb.
AzNews.az