Elariz AzTV sədri ilə qohum oldu

Ötən gün müğənni Elariz Məmmədoğlunun ikinci qızı Günelə toy etdiyi haqda məlumat vermişdik.

İfaçı məmur ilə qohum olduğunu açıqlasa da, yeni qohumlarının kimliyini gizli saxlamışdı.

Əldə etdiyimiz məlumata görə, Elariz Məmmədoğlunun qızı Günel AzTV sədri, deputat Arif Alışanovun qardaşı oğlu ilə ailə qurub.

Qeyd edək ki, mediaya qapalı keçirilən mərasimin fotolarını ifaçının sənət dostları "İnstaqram" sosial şəbəkəsində paylaşıblar.(qafqazinfo)