- Köhnə - Şou-biznes
- 22 May 2014 09:04
- 5 376
“Ərimin başı xarab idi...”- Mənzurə Musayeva

Axşam.az-ın məlumatına görə, sənətçi keçmiş həyat yoldaşından danışıb. O, ərinin onu döydüyünü etiraf edib:
"Ərim boksçu idi. Məni döyürdü, xəstə, başı xarab idi. Bir dəfə gecə yatmışdım. Qəfildən ayıldım ki, məni boğub, öldürməyə çalışır. Canımı qurtardım, səhər açılan kimi evdən qaçdım. O gedən getdim".