Primadonnadan Floraya sərt cavab: “Onu yerində otuzdurarlar...”

Xalq artisti İlhamə Quliyeva həmkarı Flora Kərimovanın "İlhamə, qapı-qapı gəzib ödül istəyir" sözlərinə münasibət bildirib.

"Qafqazinfo"ya açıqlamasında İlhamə Quliyeva dövlət tərəfindən sənətində göstərdiyi nailiyyətlərə görə mükafatlandırıldığını bildirib:

"Oturmuşam ağ atımın üstündə, taclarımın üzərinə saysız-hesabsız taclar qazanıram. Dövlətim tərəfindən Azərbaycan xalqına və mədəniyyətinə yaşatdırdığım sənətimə görə yüksək ödüllərə layiq görülürəm. Əgər kimlərinsə içi göynəyir, adlarını belə dilimə gətirməyi özümə yaraşdırmıramsa, getsin yaydır su içsin. Bacarır o da mənim ödüllərimin heç olmasa, birini qazansın. Gənclər əgər onu layiq bilsəydilər, ondan kompliment istəyərdilər. Mənim sənət qiymətim, şəxsiyyətim, statusum zirvədədir. Madam ki, dilini saxlaya bilmir məhkəmə prosesində cinayət işi açdırıb onu yerində otuzdurarlar. Qapı-qapı gəzmək Flora Kərimovanın peşəsidir".

AzNews.az