Brilliant Dadaşova ilə İlqar Muradov arasında qalmaqal

Xalq artisti Brilliant Dadaşova ilə müğənni İlqar Muradov arasında qalmaqal yaşanıb. Olay "Space" telekanalında sənətçi xanımın ad günü münasibəti ilə təşkil olunan tədbirdə baş verib. İlqar Muradov səbəbkarın istəyi ilə həmin tədbirdə iki mahnı ifa etməliymiş. O, mahnının birini verilişin əvvəlində oxuyub. Sonda isə o, Brilliant xanımla duet oxumalıymiş.

Ancaq İlqar Muradov səhnəyə çıxmağa hazırlaşdığı bir vaxta veriliş rəhbəri Kamələ xanım onun qarşısını kəsib və səhnəyə çıxmağa imkan verməyib. "İlqar lirika oxuyur. Bütün verilişi lirika etmək də olmaz. İmkan ver Eyyub Yaqubov oxusun" – deyib. Kamalə xanımın bu sözündən inciyən İlqar Muardov əsəbi halda verilişi tərk edib. Brilliant Dadaşova məsələdən xəbər tutub həmkarına zəng etsə də, İlqar Muradov onun telefonunu açmayıb.

Müğənni İlqar Muradov AzNews.az-a açıqlamasında isə verilişi tərk etməsini başqa səbəblərlə əlaqələndirdi: "Mən həmin gecəni yatmamışdım, yorğun idim. Bir mahnını güclə oxuya bildim. Baxdım ki, dayana bilmirəm sakitcə oradan çıxdım".

Bahar
AzNews.az