Dünya şöhrətli ulduz sentyabrın 15-də Bakıda çıxış edəcək Dünya şöhrətli ulduz sentyabrın 15-də Bakıda çıxış edəcək

Okeana Azərbaycana gəlir

Dünya şöhrətli ulduz sentyabrın 15-də Bakıda çıxış edəcək

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə həsr olunmuş Fan Zona azarkeşlərin tam əyləncəsi və rahatlığı üçün Dənizkənarı Milli Parkın ərazisində qurulmaqdadır.

"Xezerxeber.com" Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının məlumatına istinadən bildirir ki, Fan Zona 15 sentyabr - 13 oktyabr tarixlərində hər gün saat 12:00-dan 22:00-dək açıq olacaq və qonaqlarını müxtəlif oyunlar, lotoreya, çempionatın və sponsorların hədiyyələri ilə yanaşı bir çox başqa sürprizlərlə sevindirəcək.

15 sentyabr - şənbə gününə təsadüf edən Fan Zonanın açılışında və eyni zamanda Kubok turunun bağlanış mərasiminə həsr olunmuş möhtəşəm konsert proqramında dünya şöhrətli pop ulduz, Avro-2012-nin rəsmi mahnısının ifaçısı Okeana çıxış edəcək. Okeana ilk dəfə dünya reytinqlərində hitə çevrilmiş "Cry Cry" mahnısı ilə məhşurluq qazanıb.

AzNews.az