Cenifer Lopez: “Artıq Bakıya yola düşürəm“”

Dünya şöhrətli müğənni Cennifer Lopez Azərbaycanla bağlı təəssüratlarından danışıb. AzNews.az-ın məlumatına görə, bu barədə müğənni öz rəsmi internet səhifəsində yazıb:

"Azərbaycanda keçiriləcək qadınlararası dünya çempionatının bir hissəsi olmaqdan şərəf duyuram. Bu günü səbirsizliklə gözləyir və artıq Bakıya yola düşürəm".

C.Lopez qarşıdan gələn şənbə və bazar günü (sentyabrın 22-si və 23-də) Bakıda yaddaqalan və gözəl gecə keçirəcəyini də qeyd edib:

"Mən Azərbaycana ilk dəfə səfər edəcəyəm. Bu, mənim üçün çox böyük şərəfdir. Belə bir idman çempionatının bir hissəsi olmaqdan şərəf duyuram. Eyni zamanda sevinirəm ki, idman tədbirinə bütün dünyadan güclü və insanı ruhlandıran xanımlar yığışacaqlar. Hər kəsə uğurlar arzu edirəm. Bakıda görüşərik!"

Qeyd edək ki, C.Lopez sabah Bakıya gələcək. O, sentyabrın 22-də Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçiriləcək "FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012"nin rəsmi açılışı mərasimində çıxış edəcək. Sentyabrın 23-də isə o, "Baku Crystal Hall" səhnəsində solo-konsert verəcək.

Fuad Mədətov
AzNews.az