Cenifer Lopez görüntüləndi - VİDEO

Dünya şöhrətli müğənni Tofiq Bəhramov adına stadionda ilk məşqinə çıxıb

17 yaşlı qadınlar arasında keçiriləcək Futbol üzrə Dünya Çempionatının açılışında iştirak edəcək dünya şöhrətli müğənni Cenifer Lopez artıq Bakıdadı. O, Tofiq Bəhramov adına stadionda ilk məşqinə çıxıb.

Məşq və konsert öncəsi stadionda təhlükəsizlik tədbirləri gücləndirilib. Media nümayəndələrinin stadiona girişi məhdudlaşdırıldığından çəkiliş aparmaq mümkün olmasa da ANS eksklüziv görüntülər əldə edə bilib.

Kadrlardan da göründüyü kimi dünya şöhrətli müğənninin rəqs qrupu ilə çıxışı nəzərdə tutulur. Qeyd edək ki, Cenifer Lopez Respublika stadionunda, sentyabrın 23-də isə Kristal Holda konsert proqramı ilə çıxış edəcək. Elə bütün bu tədbirlərlə əlaqədar paytaxtın bir çox yolları bağlanacaq.



AzNews.az