Azərbaycanlı xanəndənin ifası hansı Şərqin ulduzunu xatırlatdı? Azərbaycanlı xanəndənin ifası hansı Şərqin ulduzunu xatırlatdı?

İtaliyalılar xanəndəmizə təpiklə dəstək verdilər – FOTOSESSİYA

Azərbaycanlı xanəndənin ifası hansı Şərqin ulduzunu xatırlatdı?



Xəbər verdiyimiz kimi, İtaliyada "Musica Dei Popoli" beynəlxalq musiqi festivalı keçirilib və tədbirdə ölkəmizi xanəndə Qoçaq Əsgərov təmsil edib. AzNews.az-a danışan xanəndə Bakıya ötən gün gəldiyini və böyük salonda minlərlə tamaşaçı qarşısına çıxdığı zaman izdihamla qarşılandığını söyləyib.

Musiqiçilərin ifasında muğam, xalq mahnıları, təsnifləri dinləyən əcnəbilər nəinki alqışları, ayaqlarını yerə vurmaqla, çıxışın davamını istəyiblər: "Bis! (musiqiçinin təkrar oxumasını ifadə edir)", qışqıran minlərlə tamaşaçı ikinci dəfə də, Azərbaycanın muğamını eşitməkdən doymayıblar. Nəhayət, musiqiçilər növbəti dəfə səhnəyə qayıdıb və izdihamlı konserti növbəti ifa ilə yekunlaşdırıblar.

Sentyabrın 29-da baş tutan konsert proqramında Q.Əsgərovun bir müddət əvvəl İtaliyada buraxılan diski tirajlanaraq, satışa çıxarılıb. Publika diskin satışına da maraq göstərib. Xanəndə Qoçaq Əsgərov AzNews.az-a bildirib ki, konsert proqramı festivalın təşkilatçısının da ürəyincə olub. Təşkilatçılar musiqiçilərimizin qaldığı otelə gələrək, fikrini bölüşüb: "Sizin oxumağınız mənə Şərqin ulduzlarından olan, pakistanlı mərhum musiqiçi Nüsrət Fateh Əlixanın ifasını xatırlatdı. Onun qardaşı oğlu da oxuyur. Amma onun ifası fərqlidir".

Məlumat üçün bildirək ki, xanəndənin növbəti səfər proqramı yaxın həftələrə gözlənilir. O, bir neçə xarici ölkəyə turneyə çıxacaq. Onu həmişə olduğu kimi tarda Mircavad Cəfərov, kamançada Elnur Mikayılov, balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov müşayiət edəcəklər. Silsilə konsertlərə YUNESKO-nun eksperti Sənubər Bağırova dəstək göstərir.

Qeyd edək ki, konsertdən maraqlı fotoları Əqdəs Bağırzadə lentə alıb.

Fuad Mədətov
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description