Əməkdar artist Lalə Məmmədova Türkiyənin ünlü sənətçisi mərhum Kayahanla bağlı xatirələrini yazıb. Əməkdar artist Lalə Məmmədova Türkiyənin ünlü sənətçisi mərhum Kayahanla bağlı xatirələrini yazıb.

Lalə Məmmədova Kayahanın ölümündən yazdı: “Mənən çökdüm”

Əməkdar artist Lalə Məmmədova Türkiyənin ünlü sənətçisi mərhum Kayahanla bağlı xatirələrini yazıb.



AzNews.az xəbər verir ki, o bu barədə özünün Facebook səhifəsində bildirib.

Müğənninin sözlərinə görə, adını Kayahanın sayəsində sevib: ""Laləciyim" deyə çağırardı məni. Adımı bu cür çağıran ilk insan o, oldu. Sayəsində adımı çox sevdim. Onun mahnılarını sevdiyim qədər özünü də sevdim. Sənətinin böyüklüyü qədər insanlığı da böyük idi. Tanımasaydım, bəlkə bu gün tamaşaçı kimi təəssüf hissi keçirib "Allah rəhmət etsin" deyib köks ötürərdim. Bu gün mənən çökdüm. Bu gün "Kar taneleri"m yetim qaldı... Bizi bir-birimizə əbədi bağlayan "Kar taneleri".

L.Məmmədova əlavə edib ki, Kayahan hər söhbətinin sonunda "Allaha əmanət ol, Laləciyim" söyləyib dəstəyi asardı: "Bu gün özü haqq dünyasına əmanət oldu. Nə deyim, nə söyləyim Kayahan bəy. Özünüz deyirdiniz ki, "Yolu sevgidən keçən hər kəslə bir gün bir yerdə görüşürsünüz". İnşallah, görüşürsünüz. Amma qəlbimizdə Kayahan mövsümü olacaq".

Xatırladaq ki, Türkiyənin sevilən sənətkarı Kayahan dünən uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.

AzNews.az