Filip Kirkorov da “Baku Crystal Hall”da

Rusiyanın tanınmış müğənnisi Filipp Kirkorovun noyabrın 9-da Bakıda Heydər Əliyev Sarayında nəzərdə tutulan konserti keçirilməyəcək. Səbəb isə müğənninin konsertinin tarixi və məkanı dəyişdirilməsidir.

Bu barədə AzNews.az-a Heydər Əliyev Sarayının mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, konsertin təşkilatçısı olan şirkət tərəfindən rəsmi məktub ünvanlanıb və müvafiq təşkilatı problemlərə əsaslanaraq, noyabrın 9-u üçün nəzərdə tutulan konsert təxirə salınıb.

Əldə etdiyimiz məlumata görə, Filipp Kirkorovun konsertinin noyabrın 8-də "Baku Crystal Hall" səhnəsində keçirilməsi planlaşdırılır.

Fuad Mədətov
AzNews.az