Müğənni Nazəninlə həmkarı Təranə Qumral arasında gedən “Nazənin 7 dəfə ərdə olub” qalmaqalına bu gün məhkəmədə son verilib. Müğənni Nazəninlə həmkarı Təranə Qumral arasında gedən “Nazənin 7 dəfə ərdə olub” qalmaqalına bu gün məhkəmədə son verilib.

“Nazənin 7 dəfə ərdə olub” dedi - 10 min cərimə edildi

Müğənni Nazəninlə həmkarı Təranə Qumral arasında gedən “Nazənin 7 dəfə ərdə olub” qalmaqalına bu gün məhkəmədə son verilib.


AzNews.az xəbər verir ki, məhkəmədə Nazənin Təranə Qumrala qalib gəlib.

Məhkəmə Təranə Qumralın böhtan və yalanlarının əsassız olduğunu sübut edib.

Məhkəmə araşdırması zamanı həqiqətən Təranə Qumralın Nazəninin həyat yoldaşı ilə aralarında münasibəti olduğu sübut olunub. Mobıl operatorların anten dairəsindən əldə olunan məlumatlarda Təranə Qumralın Nazənının həyat yoldaşına yazdığı intim mesajlar da üzə çıxarılıb.

Məhkəmə prosesi iki tərəfin də şəxsi həyatını həll etdiyi üçün qapalı keçirilib.

Qərara alınıb ki, Təranə Qumral Nazəninə böhtan atdığına və onun şərəf və ləyaqətini təhqir etdiyinə görə 10 min manat təzminat ödəyəcək.

Qeyd edək ki, Təranə Qumralın hüquqlarını məhkəmə prosesində iki hüquq müdafiəçisi qorusa da son məqamda hüquqşünaslardan biri hüquqlarını müdafıə etdiyi tərəfin böhtan atdığına əmin olduqdan sonra müdafiədən imtina edib. Hüquqşünas Vüqar Səfərli də son məqamda könülsüz şəkildə Təranəni məhkəmədə təmsil edib.

Xatırladaq ki, bu iki müğənni arasındakı qalmaqal ANS telekanalının "Bazar səhəri" verilişində yaranıb. Təranə Qumralın "Nazənin 7 dəfə ərdə olub" açıqlamasından sonra Nazənin "Təranəni ərimlə tutmuşam" kimi şok açıqlama verib.

Lalə
AzNews.az