Türkiyənin məşhur müğənnisi Pətək Dinçöz bir tikinti şirkətinə qarşı açdığı məhkəmə iddiasında 12 milyon lirə pul qazanıb. Türkiyənin məşhur müğənnisi Pətək Dinçöz bir tikinti şirkətinə qarşı açdığı məhkəmə iddiasında 12 milyon lirə pul qazanıb.

Pətək Dinçöz 12 milyon lirəlik məhkəməni uddu – VİDEO

Türkiyənin məşhur müğənnisi Pətək Dinçöz bir tikinti şirkətinə qarşı açdığı məhkəmə iddiasında 12 milyon lirə pul qazanıb.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "haberler" saytı yayıb.

Teleaparıcı Pətək Dinçöz ilə bir tikinti şirkəti arasında 13 iyun 2008-ci ildə verilişə sporsorluq etmək üçün müqavilə imzalanıb, ancaq bu pul 2009-2010-cu illərdə ödənilməyib.

Aparıcının iddiasına görə, bu pulla teleaparıcının, qadın bərbərinin, musiqi ansamblının üzvlərinin əmək haqqı ödənilməli imiş.

Dinçöz isə həmin vaxt bu pulları öz cibindən ödəyib və şirkətlə müqaviləni ləğv edib.
Məhkəməyə müraciət edən Dinçöz şirkətdən 11 milyon 997 min 938 lirəlik təzminat istəyib.

Tikinti şirkəti isə Dinçözə haqsız və vaxtsız yerə müqaviləni ləğv etdiyini deyib. Məhkəmə nəticədə bu məsələni Dinçözün xeyrinə həll edib.