İkinci dəfə ana olan İradə İbrahimova konsertə hazırlaşır

Xəbər verdiyimiz kimi müğənni İradə İbrahimova dünən ikinci dəfə ana olub. Həm övladının, həm də özünün səhhəti yaxşı olan sənətçi sabah xəstəxanadan evə buraxılacaq.



Bu barədə AzNews.az-a müğəninin köməkçisi məlumat verib. Bildirib ki, İ.İbrahimova Bakıya 40 gündən sonra gələcək: "İradə uşaq sevəndir. Həmişə deyirdi ki, İpəyə hədiyyə olaraq bir bacı, ya da qardaş bağışlayacağam. Bu, onun arzusu idi. Adət-ənənə var, Əlinin qırxı çıxsın, ondan dərhal sonra Bakıya gələcək".

Sənətçinin köməkçisi qeyd edib ki, İ.İbrahimova yaradıcılığına ara vermək fikrində deyil: "İpək dünyaya gələndə İradə bir meddət səhbəyə çıxmadı. Amma bu dəfə belə bir fikri yoxdur. Xəstəxanadan çıxan kimi həm övladları ilə məşğul olmağa vaxt tapacaq, həm də sənəti ilə".

Köməkçisi İ.İbrahimovanın gələcək planlarından da danışıb: "İradə xanım fərqli konsert vermək istəyir. Sıradan bir yerdə konsert vermək fikrində deyil. Deyir elə bir konsert olsun ki, uzun müddət danışılsın. Dekorasiya, repertuar adına layiq olsun. Konsert layihəsi gündəmdə var, amma konkret olaraq vaxt dəqiqləşməyib".

Bahar RÜSTƏMLİ
AzNews.az