Tatlısəs evliliyi ilə bağlı məlumatları yalanladı

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs öz Twitter səhifəsində evliliyi ilə bağlı dolaşan məlumatları yalanlayıb. AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə,o, həyat yoldaşı Ayşegül Yıldıza hirslənib evi tərk etməsi ilə bağlı məlumatı təkzib edib.

Tatlısəs belə deyib: "Ayşegül dünən xəstəxanada yanımda idi. Bu ayrılıq nə zaman baş verdi anlamadım".

Sadiq Musa
AzNews.az