Rəqqasə Fatimənin iş birliyi – EKSKLÜZİV

Rəqqasə Fatimə Fətəliyeva "Abşeron" instrumental ansamblıyla iş birliyi qurub. Bu barədə AzNews.az-a rəqqasənin meneceri Aysel Osmanlı məlumat verib. Menecer bildirib ki, ansambl ifa etdiyi bəstəkar Cahangir Cahangirovun kompozisiyasına klip çəkir və klipdə rəqsləri rəqqasə Fatimə Fətəliyeva oynayır.

"Ümumiyyətlə, ansamblın ifa etdikləri mahnılar konsert şəklində efirdə yayımlanacaq. Klip Qala kəndində çəkilir. Klipin rejissoru Şəhriyardır. Fatimə milli geyimdə olub. Geyimləri Opera və Balet teatrının dərzi ustası Sürəyya xanım tikib", - A.Osmanlı deyib.

Fuad Mədətov
AzNews.az