Türkiyənin məşhur müğənnisi Berkay Şahinə silahlı hücum olub. Türkiyənin məşhur müğənnisi Berkay Şahinə silahlı hücum olub.

Türkiyəli müğənniyə silahlı hücum - 6 dəfə atəş açıldı

Türkiyənin məşhur müğənnisi Berkay Şahinə silahlı hücum olub.



AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən gecə saatlarında musiqi ifa etdiyi məkandan çıxan müğənninin idarə etdiyi avtomobilə naməlum şəxslər tərəfindən 6 dəfə atəş açılıb. Atəş açan şəxslər motosikletlə hadisə yerindən qaçıblar. Avtomobili idarə edən müğənni heç bir xəsarət almayıb. Amma avtomobilə xeyli ziyan dəyib. Hadisədən sonra Berkay yaxınlıqdakı polis idarəsində ifadə verib və təqsirkarların həbs edilməsini tələb edib. Müğənninin produseri Özür Aras da faktı təsdiqləyib.

Hazırda hadisə ilə bağlı polis orqanları tərəfindən araşdırma aparılır.

Sevinc