Dünən AzTV-də yayımı başlayan “Səs Azərbaycan” layihəsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib. Dünən AzTV-də yayımı başlayan “Səs Azərbaycan” layihəsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib.

İradə İsaq Alışanovun layihəsi barədə: “Öz uğurumuz kimi təqdim etməyin”

Dünən AzTV-də yayımı başlayan “Səs Azərbaycan” layihəsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib.


Bəziləri layihənin çox yaxşı təşkil olunduğunu desələr də, tənqid edənlərin də sayı az olmayıb.

AzNews.az xəbər verir ki, layihəyə tənqidi yanaşanlardan biri də tanınmış televiziya jurnalisti İradə İsaqdır. İ.İsaq başqalarının layihələri ilə öyünməkdənsə, azərbaycanlıların müəllifi olduğu verilişlərin yaradılmalı olduğunu düşünür: "Xaricilərin hər ölkədə eyni formada keçirməli olduqları verilişləri öz uğurumuz kimi təqdim etməkdən vaz keçin. "Eurovision", Avropa Oyunlarının, "Milyonçu" şousunun və digər beynəlxalq lahiyələrin müqavilələrinin ilk bəndində qoyulan sərt çəkiliş, sutudiya, dekorasiya, montaj tələblərinə qeyd şərtsiz əməl etməkdir. Həmin verilişlər Nikaraquada da o cür keyfiyyətlə çəkilməlidir. Hətta ilk zamanlar bütöv çəkiliş heyəti məhz xaricilər olur. İstəsəniz də o mükəmməllikdən qırağa çıxmaq şansınız yoxdur. Ona sevinin ki, o filmin, o ideyanın, o layihənin rəhbəri və ya ideya verəni, işçiləri özümüzünkülər olsun".

Qeyd edək ki, "O səs Azərbaycan" layihəsinin rəhbəri AzTV-nın sədri Arif Alışanovun kürəkəni Xəyal Qayıbovdur. Onu da bildirib ki, layihə 4 ay davam edəcək.

Bahar RÜSTƏMLİ
AzNews.az