Azərbaycanlı müğənni Elnur Hüseynovun “O səs Türkiyə” yarışmasında qalib gəlməsindən sonra sözügedən müsabiqəyə qatılanların sayı kəskin artıb. Hətta azərbaycanlı sənətkar Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva da yarışa qatılanlar arasındadır. Azərbaycanlı müğənni Elnur Hüseynovun “O səs Türkiyə” yarışmasında qalib gəlməsindən sonra sözügedən müsabiqəyə qatılanların sayı kəskin artıb. Hətta azərbaycanlı sənətkar Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva da yarışa qatılanlar arasındadır.

“Türklər bizimkiləri öz şou-bizneslərinə buraxmayacaq” – Xalq artisti

Azərbaycanlı müğənni Elnur Hüseynovun “O səs Türkiyə” yarışmasında qalib gəlməsindən sonra sözügedən müsabiqəyə qatılanların sayı kəskin artıb. Hətta azərbaycanlı sənətkar Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva da yarışa qatılanlar arasındadır.


Dünən isə yarışmadan Rəşidə Kərim adlı azərbaycanılının səsi eşidildi. O, Türkiyənin sevilən sənətçisi Sibel Canın repertuarından olan "Berivanım" mahnısı ilə münsiflər heyətini və izləyənləri heyran edib.

Bəs "Səs Azərbaycan" yarışmasının keçirildiyi bir vaxtda Azərbaycan sənətçiləri niyə məhz "O səs Türkiyə"yə üstünlük verir?

Xalq artisti, "Səs Azərbaycan" yarışmasının münsiflər heyətinin üzvü Mübariz Tağıyev AzNews.az-a açıqlamasında bildirib ki, azərbaycanlı gənclərin ora üz tutmasının bir çox səbəbləri var: "Türkiyə şou-biznesi çoxdan qurulub və fəaliyyətdədir. Azərbaycanda isə bu biznes qurulmayıb. Türkiyə şou-biznesinin çox uğurlu addımları var. Azərbaycanlıların o müsabiqəyə qatılmasının səbəbi onların yayımının üstün tutulmasıdır".

M.Tağıyev qeyd edib ki, Azərbaycandan "O səs Türkiyə"yə" qatılanlar sonda yenidən ölkəmizə üz tutur: "Türkiyəyə can atırlar. Qardaşıq, doğmayıq, onlara özgə deyilik. Ancaq nə qədər acı da olsa deməliyəm ki, Türkiyədə heç vaxt onlardan olmayanı şou-bizneslə yaxın buraxmırlar. Bu, faktdır. Azərbaycanlılar çətin ki, Türkiyə şou-biznesində yer tutsunlar. İştirak edib, müəyyən mərhələyə gəlib çıxa bilər. Əsas ondan sonrakı aqibətdir ki, bu da bilinmir. Görünən odur ki, gedənlər həmişə Azərbaycana qayıdıb".

Bahar RÜSTƏMLİ
AzNews.az