Bu gün Bakıda dəhşətli cinayət hadisəsi baş verib. Bu gün Bakıda dəhşətli cinayət hadisəsi baş verib.

Bakıda biznes ledinin başını kəsdilər - Məşhurlara qızıl satırmış (Yenilənib)

Bu gün Bakıda dəhşətli cinayət hadisəsi baş verib.


Məlumata görə, "Jewellery" zinət əşyaları mağazasının sahibəsi Məryəm adlı qadın "Nəsimi bazarı" ərazisindəki evində qətlə yetirilib.

Qonşuların sözlərinə görə, qadının başı kəsilmiş şəkildə meyiti tapılıb.

Nəsimi rayon Prokurorluğundan bildirilib ki, hazırda müstəntiqlər hadisə yerindədir. Araşdırma aparılır.

Qeyd edək ki, mərhum biznes ledi şou-biznes nümayəndələri ilə yaxınlığı ilə tanınır. Mətanət İsgəndərli, Könül Kərimova, Mətanət Əsədova və başqa müğənnilər mağaza sahibəsinin daimi müştəriləridir.


Qafqazinfo.az


13:09
***
Bakıda evində ölü tapılan biznes ledi 43 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Bu barədə APA TV məlumat yayıb. Məlumata görə, ilkin araşdırma zamanı Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında meyiti tapılan qadının 1960-cı il təvəllüdlü Məryəm Namədzadə olduğu müəyyənləşib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.