Azərbaycanlı müğənni, “O Səs Türkiyə” yarışmasının qalibi Elnur Hüseynov Türkiyədə özünə ev alıb. Azərbaycanlı müğənni, “O Səs Türkiyə” yarışmasının qalibi Elnur Hüseynov Türkiyədə özünə ev alıb.

Elnur Türkiyəyə köçdü – Özünə ev alıb

Azərbaycanlı müğənni, “O Səs Türkiyə” yarışmasının qalibi Elnur Hüseynov Türkiyədə özünə ev alıb.


AzNews.az xəbər verir ki, bu barədə azvision.az-a türk şairə Ayşə Birgül Yılmaz məlumat verib. Şairə xanım Elnur Hüseynovun Türkiyədə ev aldığını və Bakıdan birdəfəlik köçdüyünü bildirib.

"Bir müddət öncə Elnurla mesajlaşdıq. O, mənə zəng edəcəyini söylədi. Biz onunla şəhərin eyni istiqamətində yaşayırıq. O, əvvəlcə mənə dedi ki, "Avropa Music" şirkəti ilə çalışacaq, yeni albom hazırlayacaq. Sonra bildirdi ki, bütün mahnıları özü hazırlayacaq. Elnurdan baş açmaq olmur. O, evə qapanıb, öz üzərində işləmək istəmir. Elnur hazırda yeni evində yaşayır. Bizimlə də əlaqə saxlamır"- deyə, şairə bildirib.