““Kesin bilgi” mahnısının plagiat olmasını ancaq peşəkar bəstəkar deyə bilər”. ““Kesin bilgi” mahnısının plagiat olmasını ancaq peşəkar bəstəkar deyə bilər”.

Röyanın plagiatlıq etməsi xəbərinə - Reaksiya

““Kesin bilgi” mahnısının plagiat olmasını ancaq peşəkar bəstəkar deyə bilər”.


Bunu AzNews.az-a açıqlamasında müğənni Röya Ayxanın prodüseri Kənan Bayramov bildirib.

O, qeyd edib ki, "Kesin bilgi"ni musiqi təhsili olan mütəxəssis dinləməli və bunun "Missiying you" mahnısı olub-olmaması ilə bağlı fikirləri əsaslandırmalıdırlar: "Mahnının plagiat olmasını birinci dəfədir ki, eşidirəm. "Kesin bilgi"nin plagiat olması mümkün deyil. Gülşən Röyaya 4 mahnı verib. Röya bu mahnını çox bəyənib və bunu da efirdə etiraf edib. Bu plagiat olsaydı 7-8 dəfə yazılmazdı. Qoy bəstəkarlar hər iki mahnını dinləsinlər və fikirlərini desinlər".

Qeyd edək ki, "Vesti.az" "müğənni Röya Ayxanın "Kesin bilgi" mahnısının plagiat olduğunu qeyd edib. Sözləri və musiqisi Gülşənə və aranjemanı Ozan Çolakoğluna aid olan mahnını 2010-cu ildə Rumıniyanın məşhur müğənnisi Mattyas səsləndirib. Mahnı "Missiying you" adlanır.

Bahar
AzNews.az