Müğənnilər ad günündə min hoqqadan çıxdı – FOTOSESSİYA

Bu günlərdə tanınmış teleaparıcı İlahə Nizamiqızı özünə doğum günü qonaqlıq təşkil edib. AzNews.az-ın məlumatına görə, paytaxt restoranlarının birində təşkil olunan qonaqlıq, maraqlı məqamlarıyla yadda qalan olub.

İ.Nizamiqızı AzNews.az-a açıqlamasında ona verilən ən bahalı hədiyyəni gizli saxladı və həmçinin, hədiyyə göndərən şəxsin də adını açıqlamadı. O, bildirib ki, şou-biznes nümayəndələrindən az adam dəvət edib:

"Dəvət etdiyim ancaq mənə ən yaxın olan şəxslərdi. Çünki bu dəfə xudmani doğum günü qonaqlığı keçirtmək istədim. Şousuz, sakit...".

Məclisə gələn hər bir qonağıyla ayrı-ayrılıqla görüşərək, hal-əhval tutan səbəbkar, xudmani məclisin aparıcılıq missiyasını Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimova həvalə edib.

İlk əvvəl müğənni Sevinc Ağaşirinova diqqət çəkib. O, məclisə tez gəlib və tez də gedib. Səbəb isə onun konsert hazırlıqlarıyla bağlı olub.

Müğənni Yaşar Cəlilov məclisə gec gəlməsinə baxmayaraq, həm ifasıyla, həm də rəqsiylə seçilməyə çalışıb.

Müğənni Ramal İsrafilov və Pərvin Lətifov məclisə birlikdə gəlsələr də, amma salonda ayrı-ayrı masalarda əyləşiblər. Ramal və Pərvinin sərxoş olduğu açıq-aydın hiss olunurdu. O, masadan-masaya keçməsiylə, tanıdığı hər bir şəxslə danışmasıyla, rəqs etməsiylə maraqlı görüntülərə səbəb olub. Bundan başqa, Ramalın xanım həmkarı Arzu Mirzəyeva ilə səmimi münasibətləri nəzərdən yayınmırdı.

Qeyd edək ki, məclisdə müğənnilər Rəhim Rəhimli, samirə Allahverdi, prodüser Pərviz Fəqan, "Tin uşaqları" qrupu və başqaları iştirak ediblər.

Fuad Mədətov
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description