Xalq artisti Aygün Kazımovanın 45 illik yubileyi münasibəti ilə təşkil etdiyi tədbirə geydiyi libas mətbuatda və sosial şəbəkədə müzakirə mövzusuna çevrilib. Xalq artisti Aygün Kazımovanın 45 illik yubileyi münasibəti ilə təşkil etdiyi tədbirə geydiyi libas mətbuatda və sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

“Aygün söyüşə görə xalqdan üzr istəməlidir” – Şeyx Əbdül

Xalq artisti Aygün Kazımovanın 45 illik yubileyi münasibəti ilə təşkil etdiyi tədbirə geydiyi libas mətbuatda və sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

Sənətkarın geyiminin yaşı ilə uyğunlaşmadığını deyən sosial şəbəkə istifadəçiləri öz narazılıqlarını dilə gətirib. Bundan əsəbiləşən A.Kazımova onu tənqid edənləri təhqir edib. O, instagram hesabında "Hər birinizin mənfi rəyi mənim belə bir yerimə... bədbəxtlər" - deyə bildirib.



Xalq artistinin belə bir ədəbsiz ifadəsi məsələ ətrafında müzakirələri qızışdırıb.
Əməkdar İncəsənət xadimi, Əbdül Mahmudbəyov AzNews.az-a açıqlamasında A.Kazımovanın belə bir ifadə işlətməsini sənət adamına yaraşmayan hal adlandırıb: "Aygün xanımın heç bir mənəvi haqqı yoxdur ki, onu tənqid edənlərə elə cavab versin. Sadəcə olaraq, böyüklük və mədəniyyət ondan ibarətdir ki, bir şeyi dilə gətirsin. Desin ki, "bu mənim həyat tərzimdir, kimin xoşuna gəlmirsə, Allah işini avand etsin". Qətiyyən gözləməzdim ki, Aygün onu tənqid edənlərə elə cavab versin. Bəlkə heç Aygün xanım belə bir şey yazmayıb, kimsə onun adından yazıb? Mən burdan Aygün xanıma səslənirəm. Aygün xanımın heç bir halda belə haqqı yoxdur ki, onu sevən, onun üçün narahat olan tamaşaçılarının ünvanına belə ifadə işlətsin. Sadəcə olaraq, bu gün müsəlman qanunlarını, adət-ənənələrini davam etdirib və qoruyan adamlara belə cavab vermək onun haqqı deyil. Əgər belə bir cavab veribsə, çox səhv edib. İxtiyarı yoxdur".

Ə.Mahmudbəyovun fikrincə, A.Kazımova təhqir etdiyi insanlardan üzr istəməlidir: "Desin ki, bağışlayın, üzr istəyirəm, mən əsəbiləşib demişəm. Kiməsə belə cavab vermək mədəniyyət deyil. Əgər doğrudan da biz kimisə təhqir ediriksə o zaman böyüklüyümüzdən, obrazımızdan çıxıb küçə, "kubinka" uşaqları kimi dava-dalaşa başlayırıq. Olmaz... Əgər o səviyyəni, o yolu götürmüsənsə, sözsüz ki, insanlara da həmin səviyyədə mədəni davranışlar olmalıdır".

Aygünün ad günündə iştirak etdiyini deyən sənətkarın sözlərinə görə, geyimə görə insanı təhqir etmək yolverilməzdir: "Kim özünü hansı formada ortaya qoyursa bu onun öz seçimidir. Geyim bizim ixtiyarımız ilə həll olunmur, azaddır. Aygünü 25 ildən yuxarıdır ki, tanıyıram. O, həmişə geyimi ilə seçilib. Bu, onun geyim üslubu, geyim tərzidir. Aygün xanım həmişə belə geyinib. O, hiss edir ki, belə geyimlərdə daha gözəl görünür. Biz hələ bəzi işlərə adət edə bilməmişik. Əxlaq, mənəviyyat şəxsi zövq üstündə qurulub. İnteqrasiya deyiriksə müasir geyimlərə də gözümüz öyrəşməlidir".

Bahar RÜSTƏMLİ
AzNews.az