29 yanvar 2016-cı il tarixində "Standard & Poor’s" reytinq agentliyi Azərbaycanın beynəlxalq kredit reytinqini bir pillə aşağı endirib. Bundan əvvəl, 31 iyul 2015-ci il tarixində agentlik tərəfindən Azərbaycanın beynəlxalq kredit reytinqi investisiya "BBB-" səviyyəsində təsdiq edilib, proqnoz isə "mənfi" saxlanıb. 29 yanvar 2016-cı il tarixində "Standard & Poor’s" reytinq agentliyi Azərbaycanın beynəlxalq kredit reytinqini bir pillə aşağı endirib. Bundan əvvəl, 31 iyul 2015-ci il tarixində agentlik tərəfindən Azərbaycanın beynəlxalq kredit reytinqi investisiya "BBB-" səviyyəsində təsdiq edilib, proqnoz isə "mənfi" saxlanıb.

“Standard & Poor’s“ bir sıra qeyri-dəqiqliklərə yol verib - Maliyyə Nazirliyi

29 yanvar 2016-cı il tarixində "Standard & Poor’s" reytinq agentliyi Azərbaycanın beynəlxalq kredit reytinqini bir pillə aşağı endirib. Bundan əvvəl, 31 iyul 2015-ci il tarixində agentlik tərəfindən Azərbaycanın beynəlxalq kredit reytinqi investisiya "BBB-" səviyyəsində təsdiq edilib, proqnoz isə "mənfi" saxlanıb.


Maliyyə Nazirliyinin Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, agentliyin yaydığı son hesabatında reytinqin bir pillə endirilməsinə əsas səbəb kimi neftin ucuzlaşması, bunun ölkədəki iqtisadi artıma və makroiqtisadi sabitliyə təsiri göstərilir.

Maliyyə Nazirliyi "Standard & Poor’s" agentliyinin dərc etdiyi reytinq hesabatında bir sıra qeyri-dəqiqlikləri qeyd edərək qiymətləndirmənin nəticələri ilə razılaşmadığını və bundan təəssüfləndiyini bəyan edir.

Bununla yanaşı, Maliyyə Nazirliyi ümidvar olduğunu bildirir ki, neft və neft məhsullarının qiymətlərinin azalması fonunda dərhal ölkənin kredit reytinqini aşağı endirən "Standard & Poor’s" agentliyi xammal məhsullarının qiymətlərinin artacağı təqdirdə də eyni operativliyi göstərərək ölkənin investisiya səviyyəli reytinqini bərpa edəcək.