Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM)-da Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ASPA-nın qış sessiyasında müzakirə olunan “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi adlı” məruzənin və qəbul olunmayan “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" adlı qətnamə ilə bağlı mətbuat konfransı keçirilib. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM)-da Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ASPA-nın qış sessiyasında müzakirə olunan “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi adlı” məruzənin və qəbul olunmayan “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" adlı qətnamə ilə bağlı mətbuat konfransı keçirilib.

“Azərbaycan Minsk qrupundan və AŞPA-dan imtina etməlidir” – Millət vəkilindən çağırış

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM)-da Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ASPA-nın qış sessiyasında müzakirə olunan “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi adlı” məruzənin və qəbul olunmayan “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" adlı qətnamə ilə bağlı mətbuat konfransı keçirilib.


AzNews.az xəbər verir ki, konfransda millət vəkili, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, AVCİYA-nın rəhbəri Elxan Süleymanov çıxış edib. O, bildirib ki, bir neçə gün öncə Avropa Şurasının Parlament Assambleyasında iki məruzə müzakirə olunub, səsə qoyulub və onlardan biri - "Azərbaycan Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində zorakılığın artması" rədd edilib: "Bu, heç bir hüququ sənəd deyil. Qaydalara görə bu sənəd olmadığı üçün ona istinad olunmur".

İkinci məruzə isə "Sərsəng harayı"dır ki, heç bir düzəlişlər dəyişilmədən qəbul edilib: "Burada Volterin məruzəsi rədd edilsə də, orada olan işğalla bağlı faktlar, arqumentlər, müddəallar Markoviçin məruzəsində daha aydın formada öz əksini tapıb. Belə ki Markoviçin və Volterin məruzəsində işğalla bağlı müddəalar var. Bu müddəalar Markoviçin məruzəsində təsdiqləndi. Müddəalarda deyilir ki, Ermənistan dövləti 23 ildir Azərbaycan dövlətini işğal edib və işğal altında saxlayır. Ermənistan silahlı qüvvələri işğal bölgələrindən rədd edilməlidir".

E.Süleymanov qeyd edib ki, həmin qətnamədə eyni zamanda maraqlı məqam Ermənistanın ekoloji təcavüzkar dövlət adlandırılmasıdır: "Humanitar faciə baş verərsə, bu faciəyə bir başa cavabdeh Ermənistan dövlətidir və o, buna görə məsuliyyət daşıyır. Separatçı rejim olan qondarma Dağlıq Qarabağ dövləti tərəf kimi tanına bilməz. Aşağı Qarabağın 6 rayonunu Ermənistan su təcavüzü ilə həmin torpaqları da faktiki işğala qədər işğala məruz qoyublar. Belə bir müddəalarla bu qətnamə qəbul edilib. Mən hesab edirəm ki, bu Azərbaycan üçün böyük uğurdur".

E.Süleymanov bunları nəzərə alaraq, Azərbaycan hakimiyyətini Ermənistanın işğal siyasətini dəstəkləyən ATƏT-in Minsk Qrupunun həmsədlərinin xidmətlərindən imtina etməyə və xarici təsirlərə qarşı ölçü götürmək iqtidarında olmayan AŞPA-da Bosniyalı deputat Militsa Markoviç tərəfindən hazırlanmış "Azərbaycan sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" 2085-2016 saylı qətnaməsinin müddəaları yerinə yetirilməyənə qədər Azərbaycanın bu qurumda fəaliyyətini dondurmğa çağırır.

Tədbirin sonunda AVCİYA Azərbaycan torpaqlarının Ermənistan dövləti tərəfindən işğalına rəvac verən ATƏT-in Minsk Qrupunun bundan sonrakı fəaliyyətinin də səmərəsiz olacağına əmin olaraq bəyanatla çıxış edib.

Bəyanatın mətnini təqdim edirik:

-ATƏT-in Minsk Qrupu həmsədrlərinin Avropa Şurası Parlament Assambleyasının fəaliyyətinə müdaxiləsi beynəlxaq hüququn kobudcasına pozulması kimi qiymətləndirilməlidir;

-ATƏT-in Minsk Qrupuun Azərbaycanın başqa beynəlxaq təşkilatlarda ədalət axtarması cəhdlərinə müdaxilə etməyə və işğalla bağlı məsələni öz monopoliyasında saxlamağa cəhd etməsinin heç bir hüquqi və mənəvi əsası yoxdur.

-Avropa xalq Partiyasının sədrinin Ermənistan hakimiyyətinin sifarişi ilə bu ölkə üşün qeyri-qanuni lobbiçilik fəaliyyəti həyata keçirərək işğalı dəstəkləməsi ciddi şəkildə pislənməli, bunu tək Azərbaycana qarşı deyil, beynəlxaq hüququn aliliyi və Avropa dəyərlərinə ciddi zərbə kimi qiymətləndirilməlidir.

Bahar RÜSTƏMLİ
AzNews.az