Riçard Morninqstar: "Azərbaycan ABŞ üçün vacib bir ölkə olaraq qalacaq" Riçard Morninqstar: "Azərbaycan ABŞ üçün vacib bir ölkə olaraq qalacaq"

ABŞ səfirindən seçki açıqlaması gəldi

Riçard Morninqstar: "Azərbaycan ABŞ üçün vacib bir ölkə olaraq qalacaq"



ABŞ-da prezident seçkilərinin nəticələrindən asılı olmayaraq, ABŞ-Azərbaycan münasibətləri dəyişməz qalacaq. Bu barədə çərşənbə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Birləşmiş Ştatlarda keçirilən prezident seçkilərinin nəticələrini şərh edərkən deyib.

"Düşünürəm ki, Barak Obamanın növbəti dörd il müddətinə prezidentliyi dövründə ABŞ-ın xarici siyasətində hər hansı bir mühüm dəyişiklik olmayacaq", - Morninqstar bildirib. O vurğulayıb ki, Azərbaycan ABŞ üçün mühüm bir ölkə olaraq qalacaq. "Biz Azərbaycanla indiyə qədər olan əməkdaşlığımızı davam etdirəcəyik", - səfir deyib.

AzNews.az