Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti xanım Dalya Qribauskayteyə təbrik məktubu ünvanlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti xanım Dalya Qribauskayteyə təbrik məktubu ünvanlayıb.

İlham Əliyev Litva Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti xanım Dalya Qribauskayteyə təbrik məktubu ünvanlayıb.


AzNews.az xəbər verir ki, təbrikdə deyilir:

"Litva Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin, siyasi, iqtisadi və mədəni əlaqələrimizin, qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".