İlham Əliyev “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 738 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb. İlham Əliyev “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 738 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvi ilə bağlı Fərmanın icrasına başlandı

İlham Əliyev “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 738 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.


AzNews.az xəbər verir ki, Fərmanda deyilir:

"Geodeziya və kartoqrafiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 738 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 7, maddə 448; 2001, № 12, maddə 755; 2004, № 1, maddə 19; 2007, № 6, maddə 601; 2008, № 9, maddə 798) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Üçüncü abzasda "Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi" sözləri "xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinə münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, digər hallarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilsin.

2. Dördüncü abzasda "Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilsin.

3. Beşinci abzasda "Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (xüsusi (sahəvi) təyinatlı geodeziya və kartoqrafiya üzrə)" sözləri ilə əvəz edilsin.