“Bu, ölkə prezidentinin mənə olan etimadıdır”. “Bu, ölkə prezidentinin mənə olan etimadıdır”.

Əfv komissiyasının yeni üzvündən ilk - Açıqlama

“Bu, ölkə prezidentinin mənə olan etimadıdır”.


Bunu AzNews.az-a "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Əfv Komissiyasına üzv təyin edilməsinə münasibət bildirərkən deyib.

O, prezident İlham Əliyevin ona göstərdiyi etimadın öhdəsindən gələcəyini bildirib: "Eyni zamanda bu etimad mənim qarşıma böyük məsuliyyət qoydu. Təbii ki, məsuliyyətin də öhdəsindən gəlməyə çalışacağam. İnanıram ki, prezidentin etimadını doğruldacağam".

Ə.Nuriyev hüquqşünas olduğundan məhkumlarla işləmək təcrübəsinin olduğunu da vurğulayıb: "Ölkədə vətəndaş cəmiyyətinin fəal iştirakçılarından biriyəm. Həmçinin müxtəlif qurumlarda çalışmışam, o cümlədən millət vəkili də olmuşam. Bu baxımdan mən müəyyən təcrübəyə malikəm. Həmçinin Azərbaycanda İnsan Hüquqları Üzrə İşçi Qrupunun üzvüyəm. Bu illər ərzində böyük təcrübə yolu keçmişəm. Məhkumlarla işləməklə və komissiyanın görəcəyi işlərlə bağlı məlumatlıyam. Öhdəmə qoyulan vəzifələrdən xəbərdaram".

Ə.Nuriyev ƏFV Komissiyasının işi ilə bağlı məqamlara da toxunub: "Bura böyük bir qurumdur, daxil olan müraciətlər ciddi sürətdə araşdırılmalıdır. Prezident əfv edir, bağışlayır, humanist yanaşma edir. Burada diqqətli olmaq vacibdir".

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Yeni komissiya üzvləri arasında "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyevin də adı var.

Bahar RÜSTƏMLİ