“Əli xalqının qanına batmış şəxs lider ola bilməz”

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Əsədlə bağlı yeni fikirlər səsləndirib.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Baş nazir bildirib ki, bu qədər insanın qətlinə, 2.5 milyon insanın qaçqın düşməsinə səbəb olan bir şəxs ölkəyə rəhbərlik edə bilməz. O, həmçinin əlavə edib ki, hətta belə bir istək olsa belə, insanlar onu qəbul etməzlər.

ABŞ-dakı prezident seçkiləri səbəbilə Suriya məsələsinin gündəmdən düşdüyünü deyən Ərdoğan deyib ki, indiyə qədər onun ölkəsi 111 min suriyalı qaçqın qəbul edib: "Obamanın ikinci prezidentlik dönəmində Suriyaya qarşı təzyiqlər artırılmalıdır. Başqa formada Əsədlə problemin həlli yoxdur".

Sadiq Musa
AzNews.az