Türkiyənin Əskişəhər bölgəsində Xocalı Soyqırımı ilə bağlı konfrans keçirməyə gedən millət vəkili Qənirə Paşayeva Əskişəhər bələdiyyə başçısı Prof. Dr. Yılmaz Böyükerşen ilə görüşüb. Türkiyənin Əskişəhər bölgəsində Xocalı Soyqırımı ilə bağlı konfrans keçirməyə gedən millət vəkili Qənirə Paşayeva Əskişəhər bələdiyyə başçısı Prof. Dr. Yılmaz Böyükerşen ilə görüşüb.

Əskişəhərdə parka “Azərbaycan” adı verilsin - Millət vəkilindən təklif

Türkiyənin Əskişəhər bölgəsində Xocalı Soyqırımı ilə bağlı konfrans keçirməyə gedən millət vəkili Qənirə Paşayeva Əskişəhər bələdiyyə başçısı Prof. Dr. Yılmaz Böyükerşen ilə görüşüb.


AzNews.az xəbər verir ki, görüş zamanı Qənirə Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da geniş fikir mübadiləsi aparıb və yaxın zamanlarda Əskişəhərdə mərkəzi parklardan birinə "Azərbaycan" adının veriləcəyinə inandığını deyib və Əskişəhər bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.

Millət vəkili bildirib ki, gənc nəsillərimizin tarixi həqiqətlərimizi daha yaxından öyrənmələri, bir-birimizə daha çox sahib çıxmaları üçün onlarla müxtəlif bölgə və universitetlərdə bu istiqamətdə görüşlərin təşkil edilməsi, konfranslar və müzakirələrin artmasına böyük ehtiyac var.

O, Əskişəhərdə də Azərbaycan, Qarabağ, Xocalı Soyqırımı həqiqətlərini insanlarımıza, böyüyən nəsillərimizə daha geniş anladılmasının önəmindən danışıb.

Millət vəkili Q. Paşayeva iki qardaş ölkənin bölgələri arasında əməkdaşlıqların daha da geişləndiyinə diqqət çəkərək Əskişəhərlə Azərbaycan arasında da bütün istiqamətlərdə əməkdaşlığın daha da artacağına inandığını deyib. Azərbaycanı çox sevdiyini deyən Əskişəhər bələdiyyə başçısı Prof. Dr. Yılmaz Böyükerşen Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiklərini deyib.

Bələdiyyə başçısı hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib və millət vəkili Qənirə Paşayevanın Əskişəhərdə Azərbaycan parkı ilə bağlı təkliflərini müsbət qiymətləndirdiyini bildirərək bu təkliflərə baxılacağını deyib.

Bələdiyyə başçısına müəllifi olduğu "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası" kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim Əskişəhərin də yer alacağını bildirib: "Azərbaycan insanına Əskişəhəri daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək".

Əskişəhər Azərbaycan Dərnəyi Başkanı Cavid Məmmədov, İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin rəhbəri Asif Qurban da bir sıra fikir və təkliflərlə çıxış ediblər, geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda millət vəkili Q.Paşayeva Əskişəhər bələdiyyə başçısı Prof. Dr. Yılmaz Böyükerşeni ölkəmizə dəvət edib, ona Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar və həmmüəllifi olduğu "Karabağ hikayeleri" kitabını hediyyə edib.