- Köhnə - Siyasət
- 1 Mart 2016 16:39
- 4 435
Prezidentdən Aşıq Ulduzla bağlı - Sərəncam

İlham Əliyev U.Ə.Quliyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
AzNews.az xəbər verir ki, Sərəncamda deyilir:
1. Azərbaycan aşıq sənətinin inkişafında xidmətlərinə görə Ulduz Əsgər qızı Quliyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.