- Köhnə - Siyasət
- 2 Mart 2016 20:37
- 3 690
Qətər Əmiri Azərbaycana gələcək

Qətər Əmiri şeyx Təmim bin Həməd Al Tani martın 8-də Azərbaycana rəsmi səfərə gələcək.
AzNews.az xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.
Onun sözlərinə görə, səfər çərçivəsində ikitərəfli münasibətlərin perspektivləri müzakirə olunacaq.
Səfər iki gün davam edəcək.