Macarıstanın baş naziri Azərbaycana gəlib

Macarıstanın baş naziri Viktor Orban martın 5-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.


Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Macarıstanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Macarıstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Baş nazir Viktor Orbanı Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.


Report