Əliyevlə Ərdoğandan ortaq açıqlama: “Mesajımızdan dərs alsınlar”

Ankarada Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası sona çatıb.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ölkə başçıları bu dəqiqələrdə mətbuata birgə açıqlama ilə çıxış edirlər. Ərdoğanın sözlərinə görə, iclasda hökumətlər arasında 6 saziş imzalanıb.

"Məlum terror səbəbiylə qardaşım Əliyev "biz gələk" dedi və toplantını Bakıda deyil Ankarada keçirməyi təklif etdi. Bu gün burada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının görüşünü həm bu hadisə qarşısında birlikdə gücümüzü, birliyimizi göstərmək üçün, həm də milli-beynəlxalq, bütün terror aktlarına qarşı münasibətimizi göstərməsi baxımından həqiqətən görüşün Ankarada olmasını çox əlamətdar hesab edirəm. Bu addımı "iki dövlət bir millət" anlayışının təzahürü kimi görürəm. Terrora dəstək verməyi azadlıq kimi təqdim edənlər bu qardaşlıq mesajından lazımlı dərsi almalıdır", - deyə Ərdoğan bildirib.



***
16:21


Prezident İlham Əliyev mətbuata açıqlamasında Azərbaycanın türk xalqının yanında olduğunu bildirib: "Ankaradakı alçaq terror akına görə Azərbaycan xalqı və dövləti adından türk xalqına başsağlığı vermək istəyirəm. Allah rəhmət eləsin, qohumlarına səbr versin. Biz bu terroru şiddətlə qınayırıq. Türk xalqının yanındayıq. Bizim birliyimiz əbədidir. Yaxşı gündə də pis gündə də bir-birimizin yanındayıq. Türkiyəyə qarşı edilən hücumun heç bir təsiri olmayacaq. Bu, Türkiyəni haqq yolundan döndərməz, zərbə vura bilməz".



Aydan AXUNDOVA