“İctimai Palata bizə müraciət etməyib” “İctimai Palata bizə müraciət etməyib”

Rəsul Quliyevin partiyasına təklif gəlməyib

“İctimai Palata bizə müraciət etməyib”



Noyabrın 17-də Bakıda İctimai Palataya daxil olan AXCP-Müsavat partiyaları "Partizan aksiyası" adı altında aksiya keçirməyi planlaşdırır. Məlumata görə, İP bu aksiyaya Rəsul Quliyevin lideri olduğu ACP-nin də qoşulması üçün danışıqlar aparır.

Məsələ ilə bağlı Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər AzNews.az-a açıqlamasında onlara belə bir təklifin edilmədiyini bildirdi.

O qeyd etdi ki, aksiya ilə bağlı bizə müraciət olunsa, əvvəlcə müzakirə olunacaq, yalnız müzakirələrdən sonra qərar verəcəyik.

İlkin Pirəli
AzNews.az