- Köhnə - Siyasət
- 22 Aprel 2016 18:19
- 4 338
Fransa dövlət katibi Azərbaycana gəlir
 
            Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir (Harlem Désir) aprelin 26-da Azərbaycana səfər edəcək.
Fransanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, A.Dezir Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edəcək.
Səfər zamanı ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.
Report.az
 
                 
                             
                             
                             
                             
                             
                            