MHP lideri Dövlət Baxçalıdan “Lələtəpə“ mesajı – “Qürur duyduq”

Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı bu gün MHP-nin parlament qrupunun həftəlik toplantısındakı çıxışında Azərbaycanı Qarabağ savaşında birmənalı dəstəklədiyini deyib.

AzNews.az xəbər verir ki, o eyni zamanda Azərbaycan xalqına və hakimiyyətinə mesaj ünvanlayıb: "Türk milləti hər zaman Azərbaycanın yanında və arxasında olmuşdur, bundan sonra da soydaşlarını heç bir şərt altında yalqız buraxmayacaqdır. Qubada səslənən balaban, Xızıda dilə gələn tar, Ərzurumda vuran davulun, İstanbulda ötən neyin əkiz qardaşıdır. Coğrafiyamız, dövlətlərimiz ayrı ola bilər, ancaq bir millətin, ürəyi bir vuran övladlarıyıq. 4 gün sürən döyüşlərin ardından Azərbaycanın Lələtəpə kimi strateji önəm kəsb edən məntəqəni düşməndən azad etməsindən sevinc və məmnuniyyət, qürur duyduğumuzu təkrar bildirmək istəyirəm".