“Mixail Qorbaçov və Serj Sarkisyanın son günlər verdiyi bəyanatlar onların oxşar düşüncəli olduğunu ortaya çıxartdı”. “Mixail Qorbaçov və Serj Sarkisyanın son günlər verdiyi bəyanatlar onların oxşar düşüncəli olduğunu ortaya çıxartdı”.

Sarkisyanla Qorbaçovun oxşarlıqları - Ambisiyalı və yarımçıq adamlar

“Mixail Qorbaçov və Serj Sarkisyanın son günlər verdiyi bəyanatlar onların oxşar düşüncəli olduğunu ortaya çıxartdı”.


AzNews.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O qeyd edib ki, SSRİ-nin keçmiş lideri bir neçə gün əvvəl gənclərlə görüşündə ilk dəfə olaraq SSRİ-nin dağılmasında öz günahını etiraf edib: "Ancaq bu etiraf da ənənəvi olaraq "qorbaçovsayağı" baş verdi. O bildirdi ki, ittifaqın son illərində öz komandasının müqavimətini qıra bilməyib. Bu tip izahatlar bir qayda olaraq ambisiyalı və yarımçıq adamlara xas olan xüsusiyyyətdir. Son sovet lideri nədənsə bütün fikirlərini ancaq iitifaq dövlətinin dağılması faktı üzrəində qurur. SSRİ-nin keçmiş çar Rusiyasının işğal etdiyi torpaqlar üzərində qurulduğunu və həmin torpaqların tarixi sahibləri olan xalqların müqəddaratını təyin etmə və müstəqil dövlət qrurmaq hüququna malik olması həqiqətini isə bu uğursuz siyasətçi qəbul etmək istəmir. Eyni zamanda Qorbaçov düşünülməmiş və avantürist eksperimentləri nəticəsində SSRİ-ni dərin böhrana saldığını, 250 milyon əhalini aclığa düçar etdiyini, Azərbaycana 20 yanvar 1990-cı il, Gürcüstana 9 aprel 1989-cu il Tiflis, Özbəkistana 1989-cu il Fərqanə, Litvaya 13 yanvar 1990-cı ilə faciələri yaşatdığının məsuliyyətini boynuna almaq istəmir".

A.Mirzəzadə hesab edir ki, eyni yanaşmanı bu günlər Ermənistan prezidenti Serj Sarkisyan nümayiş etdirir: "2-5 aprel 2016-cı il Ermənistan-Azərbaycan cəbhəsində yaşanan hərbi əməliyyatlarını, nəticədə Ermənistandan 300 nəfər insanın həlak olmasını və bütün Ermənistanın fəlakət yaşaması məsuliyyətini o özündən başqa hər kəsdə görür. Dünən sərəncamı ilə ölkəsinin Müdafiə Nazirliyinin maddi-texini təchizata məsul generalını, rabitə rəhbərini və hərbi kəşfiyyat rəhbərini işdən azad edib. Bununla da hərbi məğlubiyyətini təchizat və rabitənin pis olması ilə izah edib. Xarici mətbuata verdiyi müsahibələrdə isə Azərbaycanı işğal altında olan torpaqlarının bir hissəni azad etdiyinə görə ittiham edir".

A.Mirzəzadənin fikrincə, Qorbaçov kimi Sarkisyan da öz şəxsi məsuliyyətini etiraf etmək istəmir: "Özünün bilavasitə iştirakı ilə ötən əsrin 90-cı illərdə xaricdəki bəzi dairələrin dəstəyi ilə Azərbaycan torpaqlarının bir hissəsinin işğal edilməsi, 1 miyondan çox azərbaycanlının öz yaşadıqları yerdən çıxarılması, əsrin faciəsi olan Xocalı faciəsinin törədilməsini nədənsə Ermənistan rəhbəri yada salmaq istəmir. Etiraf etmək istəmir ki, Azərbaycan və Türkiyə torpaqlarına iddia və düşünüləmiş siyasət Ermənistanın dərin böhrana düçar olmasına, 1991-ci ildə 3,5 milyon əhalisi olan Ermənistan əhalisinin rəsmi şəkildə əhalinin 2, 8 milyon nəfərə düşməsi, əhalisinin 35 fazinin kasıbçılıq həddindən aşağı yaşaması bir başa onun məsuliyyətidir".

Deputat onu da əlavə edib ki, Sarkisyanın və sarkisyanların "Böyük Ermənistan" nağılına tək sadə ermənilər deyil, elə özünün yaratdığı elitası da inanmır: "Bir neçə ilə əvvəl Ermənistanın Milli Təhlikəsizlik Xidmətinin kadrlar idarəsinin keçmiş rəisinin birdən-birə ABŞ vətəndaşlığı alaraq ölkəni tərk etməsi, ötən il isə Yerevan polisi rəisinin "yaşıl kart" udaraq vəzifəsindən imtina edərək Amerikaya köçməsi Sarkisyan siyasətinin real nəticələrdir. Bu faktı yada salaq ki, Sarkisyan məhz Qorbaçovun SSRİ rəhbəri olduğu dövrlərdə , 1989-cu ildə Azərbaycanın Dağlıq Qarabağ vilayətində hərbiləşdirilmiş dəstələr yaradaraq gələcək işğala hazırlaşırdı. Həm Qorbaçov, həm Sarkisyan tarixin ədalətli olduğunu heç cürə dərk etmək istəmirlər. Ancaq ədalətin bərpa edilməsi məsələsində tarix heç də bu siyasət dəllallarından və cəlladlardan icazə almaq fikirində deyil".

Bahar RÜSTƏMLİ
AzNews.az