Şəmkirdə mağazada 200-dən çox saxta araq aşkarlanıb

Şəmkir şəhərində mağazada ümumi miqdarı 127.6 litr olan 203 ədəd saxta araq aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, mağazada "Belaya", "Organic Ultra", "Organic Brand", "Organic Free", "Organic Ekskluziv", "Oscar", "Sobranie", "Ağsu", "İCE", "Organic", "Moskovskiy" əmtəə nişanlı 203 ədəd saxta araqlar aşkar edilərək satışdan kənarlaşdırılıb. Məhsulların müşayiətedici sənədlərinin olmadığı, etiket məlumatlarının yanlış qeyd edildiyi müəyyən olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, saxta məhsulların satışının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Məsələyə hüquqi qiymət verilməsi üçün faktla bağlı materialların hüquq-mühafizə orqanına göndərilməsi nəzərdə tutulub.

AzNews.az