Azərbaycanda vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrlar və digər mütəxəssislər peşə xəstəliklərinə görə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığorta ediləcəklər. Azərbaycanda vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrlar və digər mütəxəssislər peşə xəstəliklərinə görə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığorta ediləcəklər.

Bəzi tibb işçiləri icbari qaydada sığorta ediləcəklər

Azərbaycanda vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrlar və digər mütəxəssislər peşə xəstəliklərinə görə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığorta ediləcəklər.


AzNews.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" qanununa dəyişiklikləri təsdiqləyib.

Yeni dəyişikliklərə görə, vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrlar, digər mütəxəssislər və işçilər əmək funksiyalarının icrası və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna uyğun olaraq, icbari qaydada sığorta ediləcəklər.

Qeyd edək ki, vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrlar, digər mütəxəssislər və işçilər xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutularsa, bu halda həmin xəstəlik peşə xəstəliyi hesab olunur.

Prezident həm də "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanun layihəsinə dəyişikliyi təsdiqləyib.

Yeni dəyişikliyə əsasən, tibb işçiləri öz xidməti vəzifələrini yerinə yetirərkən İİV-ə yoluxma riskinə görə müvafiq qanunvericliklə müəyyən edilmiş qaydada dövlət hesabına icbari sığorta olunacaqlar.