Misirdə səfərdə olan Türkiyənin baş naziri Maşaal və Əl-Ərəbi ilə görüşüb Misirdə səfərdə olan Türkiyənin baş naziri Maşaal və Əl-Ərəbi ilə görüşüb

Ərdoğan Ərəb ölkələrini tənqid etdi

Misirdə səfərdə olan Türkiyənin baş naziri Maşaal və Əl-Ərəbi ilə görüşüb



Misirin paytaxtı Qahirədə səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatının siyasi qolunun rəhbəri Xalid Maşaalla görüşüb.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun və daha bir neçə rəsmi şəxsin iştirakı ilə keçən görüşdə Yaxın Şərqdə vəziyyət, İsrailin Qəzza zolağına aviazərbələri müzakirə edilib. Türkiyənin baş nazirinin Qəzza xalqına dəstək nümayiş etdirdiyi bildirilir.

Qahirəyə səfəri zamanı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ərəb Ölkələri Liqasının baş katibi Nabil əl-Ərəbi ilə də görüşüb. Türkiyə-Misir Biznes Forumundan sonra mətbuata qapalı keçirilən görüşdə Ərdoğan və əl-Ərəbinin İsrailin Qəzza zolağına aviazərbələrinin müzakirə edildiyi bildirilir.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Türkiyə-Misir Biznes Forumunda çıxışında İsrailin aviazərbələri ilə əlaqədar Ərəb Ölkələri Liqasının işini tənqid atəşinə tutmuşdu. "Sizin səsiniz nə vaxt çıxacaq deyirəm. Nə vaxt? Oturub yemək yeyəcəyik, söhbət edəcəyik və bundan sonra dağılışacağıq. Bunun nə mənası var?" - deyə, Rəcəb Tayyib Ərdoğan bildirmişdi.

AzNews.az