- Köhnə - Siyasət
- 18 May 2016 15:15
- 7 633
Prezidentlərin iyun görüşü haqda anons: “Qarabağ problemi həll olunacaq”
![](https://www.aznews.az/storage/photos/vyana18.jpg)
“ATƏT-in Minsk qrupunun həmsədrləri, ABŞ hökuməti ümid edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin ehtimal olunan iyun görüşü hamımızın həll etməyə çalışdığı məsələyə - Qarabağ probleminin hərtərəfli həllinə səbəb olacaq”.
Bu sözləri ABŞ-ın Ermənistandakı səfiri Riçard Milz Yerevanda keçirilən ABŞ-Ermənistan biznes-forumunda çıxışı zamanı deyib.
Səfirin sözlərinə görə, Vyanadan alınan xəbərlər çox ümidvericidir.
"Bu əsl nailiyyət idi, çünki hər iki tərəf 1994-1995-ci il müqaviləsinə sadiq olduqlarını təsdiqləyib".
Milz son hadislərin fonunda həmsədrlərin səylərini daha da artırdığını vurğulayıb.
Modern.az