“Partiyanın rəhbər şəxsləri 10 illərdir ki, eyni simalardan ibarətdir” “Partiyanın rəhbər şəxsləri 10 illərdir ki, eyni simalardan ibarətdir”

Millət vəkili: “Müsavat Gürcüstana getsə, deyəcəklər ki...”

“Partiyanın rəhbər şəxsləri 10 illərdir ki, eyni simalardan ibarətdir”



"Hesab edirəm ki, hər siyasi partiya ideoloji platformasından asılı olmayaraq, ölkə daxilində öz tədbirlərini, konfranslarını və qurultaylarını keçirməlidir. Bunun üçün də anlaşma tapılmalıdır".

Bu sözləri AzNews.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. O qeyd edib ki, qurultay məsələsini xüsusi anti-hakimiyyət mövzusuna çevirmək olmaz: "Məkanın müəyyənləşməsində problem meydana çıxmamalıdır. Müsavatın danışdığı dil daha artıq dərəcədə əski dövrdə, belə demək mümkündürsə, partiyanın adını götürdüyü təşkilatın cümhuriyyətdən öncəki zamanlarda məhz Tiflisdən fəaliyyətə başlamasını yamsılayır. Bu dövr şərtlərinə, ümumi vəziyyətinə, regional və beynəlxalq situasiyadakı durumuna görə fərqli idi. O dövrün mənzərəsini indi Azərbaycana pərçim etmək, belə bir təəssürat yaratmaq ki, partiya belə bir güclü qurumdur ki, hakimiyyət bunun ən adi tədbirlərinə belə, meydan vermir, bu, çox yanlışdır. Əgər hər hansı məmur səviyyəsində xətalar baş verirsə də, çox istərdim ki, bunlar aradan qaldırılsın. Onsuz da bu tədbir ölkə həyatını, gələcək siyasi prosesləri yönləndirəsi deyil. Faktiki olaraq, burada çıxarılacaq qərarlar partiyanın öz həyatına yönələcək. Burada həm psixoloji, həm də siyasi elementlər var. Belə hesab edirəm ki, tədbirin Azərbaycanda keçirilməsi daha optimaldır. 300-400 adam Gürcüstana gedib, orada tədbir keçirəsi deyillər ki?! Orada soruşacaqlar ki, sizin ölkədə nə baş verir? Deyəcəklər, Azərbaycanda bu qədər beynəlxalq konfranslar keçirildiyi dövrdə siz orada özünüzə yer tapa bilmədiniz?

Z.Oruc bildirib ki, qurultay məsələsində iqtidarı qınamaq və müsavatın gücünü qabartmaq əsas götürülüb: "Cəmiyyəti gözlətdirirlər ki, guya xüsusi bir hadisə baş verəcək. Halbuki partiyanın daxilini bilənlərə yaxşı əyandır ki, bu dövr ərzində orada xüsusi hadisə baş verməyib. Yeni kadr ehtiyatlarının formalaşdırılması yönündə heç bir iş görməyiblər. Partiyanın rəhbər şəxsləri 10 illərdir ki, eyni simalardan ibarətdir".

İlkin
AzNews.az