AŞPA-nın Tallində keçirilən Büro iclasında 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərə müşahidəçilərin göndərilməsi ilə bağlı qərar qəbul edilib. AŞPA-nın Tallində keçirilən Büro iclasında 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərə müşahidəçilərin göndərilməsi ilə bağlı qərar qəbul edilib.

AŞPA Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərə müşahidəçi göndərəcək

AŞPA-nın Tallində keçirilən Büro iclasında 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərə müşahidəçilərin göndərilməsi ilə bağlı qərar qəbul edilib.


Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Twitter" səhifəsində yazıb.

"Büro yekdilliklə Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçilərin göndərilməsi ilə bağlı təklifi qəbul edib", - deyə o bildirib.

Qeyd edək ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilər 2016-cı ilin iyunun 18-nə təyin edilib.


APA.az