Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasındakı görüş sentyabrdan öncə baş tuta bilər. Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasındakı görüş sentyabrdan öncə baş tuta bilər.

Ərdoğanla Putinin görüşü tezləşdirilə bilər

Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasındakı görüş sentyabrdan öncə baş tuta bilər.


AzNews.az xəbər verir ki, bu barədə Rusiyanın "Kommersant" qəzeti məlumat yayıb. Məlumata görə, görüş avqustda Soçidə keçirilə bilər. Qəzetin məlumatına görə, əgər Soçidə baş tutan Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşündə razılıq əldə olunubsa, görüş daha tez də həyata keçirilə bilər.

Qeyd edək ki, iyunun 29-da Rusiya tərəfinin təşəbbüsü ilə 2 ölkə prezidenti arasında telefon danışığı baş tutub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada çıxış edərkən Rusiya prezidenti ilə sentyabrda G20 sammitində görüşmək barədə razılaşdıqlarını bildirib.

Aydan AXUNDOVA