Qondarma "erməni soyqırımı"nın tanınması məsələsi erməni apostol kilsəsi və İsraildəki erməni icması tərəfindən hər zaman qaldırılır, lakin bu məsələnin heç bir perspektivi yoxdur. Qondarma "erməni soyqırımı"nın tanınması məsələsi erməni apostol kilsəsi və İsraildəki erməni icması tərəfindən hər zaman qaldırılır, lakin bu məsələnin heç bir perspektivi yoxdur.

İsrail qondarma “erməni soyqırımı“nı tanıya bilməz - Ekspert

Qondarma "erməni soyqırımı"nın tanınması məsələsi erməni apostol kilsəsi və İsraildəki erməni icması tərəfindən hər zaman qaldırılır, lakin bu məsələnin heç bir perspektivi yoxdur.


Bunu İsrailin "Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut deyib.

Onun sözlərinə görə, erməni apostol kilsəsinin bu məsələni daim Knessetdə (İsrail parlamenti) qaldıran lobbiçiləri var: "Türkiyə ilə münasibətlərin qaydaya salınması uzun müddət İsrail xarici siyasətinin prioriteti olub. İndi tərəflərin razılığa gəldiyi bir vaxtda qondarma "erməni soyqırımı"nın tanınması məsələsinin heç bir perspektivi yoxdur".

A.Qut qeyd edib ki, son dövrlərdə Ermənistanda qaniçən faşistlərə pərəstiş artıb: "Buna misal olaraq, Yerevanın mərkəzində erməni faşist Qaregin Njdeyə abidə qoyulmasını göstərmək olar. Bunun arxasında hər hansı siyasi qruplaşma deyil, dövlət dayanır müasir Ermənistan Respublikasının rəhbərliyi dayanır. Belə bir şəraitdə İsrail qondarma "erməni soyqırımı"nı tanıya bilməz və tanımamalıdır".

Ekspertin sözlərinə görə, Ermənistanda faşistlərin "göylərə qaldırılması" Holokosta hörmətsizlik deməkdir: "İsraildə anlayırlar ki, 1915-ci il hadisələrini soyqırım adlandırmaq çətindir. Belə ki, ermənilər Osmanlı imperiyasına düşmən mövqeyində dayandıqları və Rusiya imperiyasının əlində alətə çevrildikləri üçün həlak oldular".

A.Qut əlavə edib ki, Ermənistan antisemitizmin çiçəkləndiyi ölkədir: "Ermənistan bu baxımdan MDB məkanında ilk yeri tutur. Bu gün Ermənistanda siyasətçilərin antisemitist bəyanatlarla çıxış etdiyini görürük. Ermənistan monodövlətdir, burada ermənilərdən başqa heç bir millət yaşamır. İsrailin Türkiyə və Azərbaycanla münasibətlərdə provokasiyaya getməsində məna yoxdur".


Trend.az