ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk Qrupunun həmsədrləri münaqişə zonasına səfər edəcəklər. ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk Qrupunun həmsədrləri münaqişə zonasına səfər edəcəklər.

Minsk Qrupunun həmsədrləri Qarabağa gəlirlər

ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk Qrupunun həmsədrləri münaqişə zonasına səfər edəcəklər.


AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə qrupun həmsədri olan Rusiya səfiri İqor Popov məlumat verib. Onun sözlərinə görə, səfərin dəqiq tarixi hələ ki məlum deyil: "Tarix tərəflər arasında razılaşdırılır, onların iş qrafiki nəzərə alınmaqla onlar üçün daha rahat olan vaxta təyin ediləcək".

Popov bütün Minsk Qrupu üzvlərinin Vyanada bazar ertəsi təşkil edilən iclasından da bəhs edib. Rusiya səfiri qeyd edib ki, iclas zamanı bu zamana qədər görülən işlər və gələcək vasitəçilik işi müzakirə edilib.

Xatırladaq ki, Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağa son səfəri aprelin 5-də baş tutmuşdu.

Aydan AXUNDOVA