Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul və Ankara şəhərlərində körpülər qapadılıb. Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul və Ankara şəhərlərində körpülər qapadılıb.

İstanbuldakı hadisələrlə bağlı ilk rəsmi açıqlama - Hərbi çevriliş cəhdi

Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul və Ankara şəhərlərində körpülər qapadılıb.


AzNews.az-ın məlumatına görə, Qafqazinfo Reuters-ə istinadən xəbər verir ki, Ankarada silah səsləri eşidilir. Küçələrdə, körpülərdə keşik çəkən polislər vətəndaşlara evlərinə qayıtmağı, yollara çıxmamağı tövsiyyə edirlər.

Türkiyə Baş naziri Binəli Yıldırım məsələ ilə bağlı ilk açıqlamasını verib. O, NTV telekanalına qısa çıxışında bildirib ki, ilkin ehtimala görə, ölkədəki bu hadisə hərbi çevrilişə cəhd kimi qimətləndirilir. Yıldırım qeyd edib ki, Türkiyənin hazırkı hökuməti xalqın istəyi ilə seçilib və heç kəs demokratiyanın işinə kölgə sala bilməz.